Birdəfəlik və xüsusi layihə xidmətləri

Birdəfəlik və xüsusi layihə xidmətlərimiz çərçivəsində müştərilərimizin ehtiyaclarına uyğun fərdi yanaşma tətbiq edirik. Qısa müddətli, amma strateji əhəmiyyətli maliyyə və mühasibatlıq layihələrini peşəkarlıqla icra edərək, etibarlı nəticələr təqdim edirik.
- Yeni müəssisə və FHD (fərdi sahibkar) üçün ilkin uçotun qurulması
- Maliyyə planlaşdırılması və biznes plan hazırlanması
- Müflisləşmə və ləğvetmə proseslərində hesabatların hazırlanması
- Müvəqqəti və layihə üzrə mühasibatlıq xidməti
Bizə müraciət et
Üstünlüyümüz
Digər xidmətlər
Bütün xidmətlər
Vergi qanunvericiliyinə uyğun şəkildə müəssisənin vergi uçotu aparılır və bütün növ bəyannamələrin düzgün və vaxtında təqdim olunması təmin edilir. Müxtəlif vergi rejimlərinə uyğun hesabatlılığın qurulması və optimallaşdırılması üçün peşəkar dəstək göstəririk.
- Vergi hesabatlarının qaununvericiliyə uyğun hazırlanması və təqdim edilməsi
- Vergi risklərinin analizi və minimallaşdırılması
- Vergi ödəmələrinin planlaşdırılması və optimallaşdırılması
- Vergi , gömrük və sosial sğorta üzrə məsləhətlərin verilməsi
- Yeni şirkətin qeydiyyatı və vergi təhlili
Ətraflı

Elektron hökumət və onlayn əməliyyatlar üzrə xidmətlərimiz vasitəsilə müştərilərimizə dövlət portallarında qeydiyyat, sənəd təqdimatı və digər rəqəmsal prosedurların operativ şəkildə icrasını təmin edirik. Rəqəmsal keçid dövründə hüquqi və maliyyə əməliyyatlarının onlayn platformalarda düzgün və təhlükəsiz şəkildə aparılmasına dəstək oluruq.
- e-taxes.gov.az, e-sosial.az, e-gov.az , e-custom , ƏMAS portallarında əməliyyatların aparılması
- Elektron qaimə-faktura (EQF) və vergi hesab-fakturalarının hazırlanması
- Elektron imza ilə bəyannamə və hesabatların təqdim edilməsi
Ətraflı

Audit xidmətləri müəssisənin maliyyə fəaliyyətinə obyektiv baxış təqdim edir və investorlara, tərəfdaşlara etimad qazandırır. Şirkətimizin sertifikatlı auditorları beynəlxalq və yerli standartlara uyğun daxili və xarici audit xidmətləri həyata keçirir. Audit nəticələri əsasında risklərin aşkarlanması və fəaliyyətin təkmilləşdirilməsi istiqamətində tövsiyələr verilir.
- Daxili və xarici audit yoxlamalarının aparılması
- Vergi auditi və maliyyə auditi
- Audit rəyinin hazırlanması (müsbət, şərti və s.)
- Mühasibat hesabatlarının düzgünlüyünün yoxlanılması
- Risklərin qiymətləndirilməsi və tövsiyələrin verilməsi
Ətraflı
