Tam mühasibat uçotu xidməti

Mühasibatlıq yalnız rəqəmlərin qeydiyyatı deyil, eyni zamanda biznesin maliyyə fəaliyyətinin şəffaf və davamlı olmasının əsas şərtidir. Peşəkar mühasibat xidmətləri düzgün qərarların verilməsinə, qanunvericiliyə tam uyğunluğa və daxili nəzarətin gücləndirilməsinə imkan yaradır. Şirkətimiz müxtəlif sahələrdə fəaliyyət göstərən hüquqi şəxslərə və sahibkarlara yüksək keyfiyyətli mühasibatlıq xidməti təqdim edir.
- İlkin uçot sənədləri əsasında mühasibatlığın qurulması və aparılması
- Maliyyə hesabatlarının hazırlanması ( Mənfəət-zərər , maliyyə vəziyyəti haqqında hesabat və .s)
- Debitor-Kreditor uçotunun qurulması
- Əsas vəsaitlərin amortizasiya cədvəlinin qurulması
- Yerli və Xarici ödənişlərin icrası və bank çıxarışlarının yoxlanılması
- Müəssisənin bütün maliyyə əməliyyatlarının qanunvericiliyə uyğun uçotunun aparılması
- Dövriyyə cədvəlləri, balans və maliyyə hesabatlarının hazırlanması
- Bank, kassa, mal-material və əsas vəsait əməliyyatlarının uçotu
- Anbar və inventar uçotunun aparılması
- Mal-material hərəkətinin uçotu
Bizə müraciət et
Üstünlüyümüz
Digər xidmətlər
Bütün xidmətlər
Birdəfəlik və xüsusi layihə xidmətlərimiz çərçivəsində müştərilərimizin ehtiyaclarına uyğun fərdi yanaşma tətbiq edirik. Qısa müddətli, amma strateji əhəmiyyətli maliyyə və mühasibatlıq layihələrini peşəkarlıqla icra edərək, etibarlı nəticələr təqdim edirik.
- Yeni müəssisə və FHD (fərdi sahibkar) üçün ilkin uçotun qurulması
- Maliyyə planlaşdırılması və biznes plan hazırlanması
- Müflisləşmə və ləğvetmə proseslərində hesabatların hazırlanması
- Müvəqqəti və layihə üzrə mühasibatlıq xidməti
Ətraflı

Audit xidmətləri müəssisənin maliyyə fəaliyyətinə obyektiv baxış təqdim edir və investorlara, tərəfdaşlara etimad qazandırır. Şirkətimizin sertifikatlı auditorları beynəlxalq və yerli standartlara uyğun daxili və xarici audit xidmətləri həyata keçirir. Audit nəticələri əsasında risklərin aşkarlanması və fəaliyyətin təkmilləşdirilməsi istiqamətində tövsiyələr verilir.
- Daxili və xarici audit yoxlamalarının aparılması
- Vergi auditi və maliyyə auditi
- Audit rəyinin hazırlanması (müsbət, şərti və s.)
- Mühasibat hesabatlarının düzgünlüyünün yoxlanılması
- Risklərin qiymətləndirilməsi və tövsiyələrin verilməsi
Ətraflı

Mübahisəli vergi məsələlərinin həlli üçün təhlil, rəy və hüquqi müdafiə xidmətləri təqdim edirik. Vergi orqanları ilə yazışmalarda, yoxlamalarda və şikayət proseslərində müştərilərimizi tam şəkildə təmsil edirik.
- Hesablanmış kameral vergilərin ləğv olunması
- Artıq hesablanmış vergi məbləğlərinin silinməsi və geri qaytarılması
- Vergi mübahisələrinin həlli
- Vergi orqanlarının qərarlarının qanunauyğunluğunun yoxlanılması
- Vergi borclarının silinməsində dəstək
- Vergi yoxlamaları zamanı hüquqi müşayiət
- Vergi orqanlarına rəsmi məktub, şikayət və izahatların hazırlanması
Ətraflı
