HR (İnsan resursları) xidmətləri

İnsan resursları xidmətimiz müəssisənin kadr ehtiyaclarının müəyyən olunması, işə qəbul proseslərinin təşkili və əmək münasibətlərinin düzgün şəkildə qurulmasını əhatə edir. Əmək qanunvericiliyinə uyğun sənədləşmə, əmək müqavilələrinin hazırlanması və daxili siyasətlərin formalaşdırılmasında peşəkar dəstək göstəririk. Həmçinin, HR analizləri və performans dəyərləndirmələri ilə daha effektiv iş mühiti yaradılmasına töhfə veririk.
- Əmək müqavilələrinin hazırlanması və onlayn qeydiyyatı
- Kadr uçotunun aparılması (şəxsi işlərin formalaşdırılması)
- Əmək haqqı cədvəllərinin və məzuniyyət planlarının hazırlanması
- İşçilərin işə qəbulu, işdən azad edilməsi prosedurlarının icrası
- Əmək qanunvericiliyi üzrə məsləhət və təlimlər
- Motivasiya və performans idarəetməsi sistemlərinin qurulması
- Əmək münasibətlərinin rəsmiləşdirilməsi və kadr uçotunun aparılması
- İşə qəbul, vəzifə dəyişikliyi və əməkhaqqı məsələləri üzrə məsləhət
- Kadr auditi və sənədlərin e-hökumət portalında işlənməsi
- Maddi məsuliyyət müqavilələrinin və vəzifə təlimatlarının hazırlanması
- İşçi əmrlərinin qeydiyyatı və idarə olunması
Bizə müraciət et
Üstünlüyümüz
Digər xidmətlər
Bütün xidmətlər
Vergi qanunvericiliyinə uyğun şəkildə müəssisənin vergi uçotu aparılır və bütün növ bəyannamələrin düzgün və vaxtında təqdim olunması təmin edilir. Müxtəlif vergi rejimlərinə uyğun hesabatlılığın qurulması və optimallaşdırılması üçün peşəkar dəstək göstəririk.
- Vergi hesabatlarının qaununvericiliyə uyğun hazırlanması və təqdim edilməsi
- Vergi risklərinin analizi və minimallaşdırılması
- Vergi ödəmələrinin planlaşdırılması və optimallaşdırılması
- Vergi , gömrük və sosial sğorta üzrə məsləhətlərin verilməsi
- Yeni şirkətin qeydiyyatı və vergi təhlili
Ətraflı

Audit xidmətləri müəssisənin maliyyə fəaliyyətinə obyektiv baxış təqdim edir və investorlara, tərəfdaşlara etimad qazandırır. Şirkətimizin sertifikatlı auditorları beynəlxalq və yerli standartlara uyğun daxili və xarici audit xidmətləri həyata keçirir. Audit nəticələri əsasında risklərin aşkarlanması və fəaliyyətin təkmilləşdirilməsi istiqamətində tövsiyələr verilir.
- Daxili və xarici audit yoxlamalarının aparılması
- Vergi auditi və maliyyə auditi
- Audit rəyinin hazırlanması (müsbət, şərti və s.)
- Mühasibat hesabatlarının düzgünlüyünün yoxlanılması
- Risklərin qiymətləndirilməsi və tövsiyələrin verilməsi
Ətraflı

Elektron hökumət və onlayn əməliyyatlar üzrə xidmətlərimiz vasitəsilə müştərilərimizə dövlət portallarında qeydiyyat, sənəd təqdimatı və digər rəqəmsal prosedurların operativ şəkildə icrasını təmin edirik. Rəqəmsal keçid dövründə hüquqi və maliyyə əməliyyatlarının onlayn platformalarda düzgün və təhlükəsiz şəkildə aparılmasına dəstək oluruq.
- e-taxes.gov.az, e-sosial.az, e-gov.az , e-custom , ƏMAS portallarında əməliyyatların aparılması
- Elektron qaimə-faktura (EQF) və vergi hesab-fakturalarının hazırlanması
- Elektron imza ilə bəyannamə və hesabatların təqdim edilməsi
Ətraflı
