Birdəfəlik və xüsusi layihə xidmətləri

Birdəfəlik və xüsusi layihə xidmətlərimiz çərçivəsində müştərilərimizin ehtiyaclarına uyğun fərdi yanaşma tətbiq edirik. Qısa müddətli, amma strateji əhəmiyyətli maliyyə və mühasibatlıq layihələrini peşəkarlıqla icra edərək, etibarlı nəticələr təqdim edirik.
- Yeni müəssisə və FHD (fərdi sahibkar) üçün ilkin uçotun qurulması
- Maliyyə planlaşdırılması və biznes plan hazırlanması
- Müflisləşmə və ləğvetmə proseslərində hesabatların hazırlanması
- Müvəqqəti və layihə üzrə mühasibatlıq xidməti
Bizə müraciət et
Üstünlüyümüz
Digər xidmətlər
Bütün xidmətlər
Audit xidmətləri müəssisənin maliyyə fəaliyyətinə obyektiv baxış təqdim edir və investorlara, tərəfdaşlara etimad qazandırır. Şirkətimizin sertifikatlı auditorları beynəlxalq və yerli standartlara uyğun daxili və xarici audit xidmətləri həyata keçirir. Audit nəticələri əsasında risklərin aşkarlanması və fəaliyyətin təkmilləşdirilməsi istiqamətində tövsiyələr verilir.
- Daxili və xarici audit yoxlamalarının aparılması
- Vergi auditi və maliyyə auditi
- Audit rəyinin hazırlanması (müsbət, şərti və s.)
- Mühasibat hesabatlarının düzgünlüyünün yoxlanılması
- Risklərin qiymətləndirilməsi və tövsiyələrin verilməsi
Ətraflı

Mübahisəli vergi məsələlərinin həlli üçün təhlil, rəy və hüquqi müdafiə xidmətləri təqdim edirik. Vergi orqanları ilə yazışmalarda, yoxlamalarda və şikayət proseslərində müştərilərimizi tam şəkildə təmsil edirik.
- Hesablanmış kameral vergilərin ləğv olunması
- Artıq hesablanmış vergi məbləğlərinin silinməsi və geri qaytarılması
- Vergi mübahisələrinin həlli
- Vergi orqanlarının qərarlarının qanunauyğunluğunun yoxlanılması
- Vergi borclarının silinməsində dəstək
- Vergi yoxlamaları zamanı hüquqi müşayiət
- Vergi orqanlarına rəsmi məktub, şikayət və izahatların hazırlanması
Ətraflı

Vergi qanunvericiliyinə uyğun şəkildə müəssisənin vergi uçotu aparılır və bütün növ bəyannamələrin düzgün və vaxtında təqdim olunması təmin edilir. Müxtəlif vergi rejimlərinə uyğun hesabatlılığın qurulması və optimallaşdırılması üçün peşəkar dəstək göstəririk.
- Vergi hesabatlarının qaununvericiliyə uyğun hazırlanması və təqdim edilməsi
- Vergi risklərinin analizi və minimallaşdırılması
- Vergi ödəmələrinin planlaşdırılması və optimallaşdırılması
- Vergi , gömrük və sosial sğorta üzrə məsləhətlərin verilməsi
- Yeni şirkətin qeydiyyatı və vergi təhlili
Ətraflı
